14 fevral hədiyyələri – Sevgililər günü 2023

Təqvimdə daha bir xüsusi günlərdən biri, 14 fevral sevgililər günüdür. Bu səbəbdən bir çox sevgililər məhsz 14 fevral hediyyeleri axtarırlar. Hands Art olaraq ənənəmizə sadiq qalaraq sizin bu işinizi asanlaşdırmaq üçün 14 fevral hədiyyəsini instagram səhifəmizdə ən çox satılan məhsullardan tövsiyyələr ilə paylaşırıq. Əgər bəyəndiyiniz olarsa bir başa sifariş üçün keçid edə bilərsiniz.

Continue reading

Kreativ hədiyyələr – 10 maraqlı hədiyyə

Kreativ və maraqlı hədiyyələr almaq üçün mütləq böyük büdcəyə ehtiyac yoxdur. Sizin üçün hazırladığımız siyahıda həm oğlanlar üçün həm də qızlar üçün, instagramda, facebookda axtarılan ən maraqlı hədiyyələri tapa bilərsiniz. Xüsusi hazırladığımız hədiyyələr aləminə xoş gəlmisiniz.

Continue reading

Kişilər üçün hədiyyələr – Seçilmiş 10 məsləhət

Kişilərə və oğlanlara nə hədiyyə vermək lazımdır –  Kişilər ildə ən azı üç dəfə diqqət tələb edirlər: ad günləri, Yeni il və 23 fevral. Üstəlik peşə bayramları, toy ildönümü və s. əlavə olunur. Diqqəti unutmayın, çünki bu, kişi üçün ən dəyərli hədiyyədir . Beləliklə, kişilər üçün hər hansı bir hadisə üçün
möhtəşəm hədiyyə seçimimiz !

Continue reading

Ad günü hədiyyəsi üçün nə alım? – 10 Məsləhət

Mükəmməl ad günü hədiyyəsini necə seçmək olar? Əgər yaxında ad günü olan bir insan varsa, hər gün onun istəklərini dinləyin və onları yazın. Bu siyahıdan mükəmməl variantı seçmək asan olacaq!

Əgər hədiyyə hazırladığınız insandan uzaqsınızsa, o zaman sizə kömək etməyə çalışacağıq. Burada bəzi praktik hədiyyə fikirləri var!

Continue reading

Nestle Azərbaycan ilə əməkdaşlıq

Yeni il ərəfəsində Nestle Azərbaycan şirkəti ‘Hands Art‘ sosial sahibkarlığına müraciət edərək əməkdaşları üçün yeni il hədiyyələrini əlilliyi olan ustaların hazırladıqları əl işlərindən seçmək istədiklərini bildirdi.⠀Nəticədə bir qrup ustanın əl işi şirkət tərəfindən alındı.⠀Cəmiyyətdə bərabərliyi və birgəliyi təbliğ etmək məqsədimizdə bizə dəstək olduqları üçün Nestle Azərbaycan şirkətinin rəhbərliyinə və işçi kollektivinə səmimi qəlbdən təşəkkürümüzü bildiririk, qarşıdan gələn yeni təqvim ilini təbrik edirik!

Instagramdan məhsul alarkən bu 3 şeyə mütləq diqqət edin

İnsagramdan hədiyyə almağı və alış veriş etməyi sevirsiniz, lakin məhsulun keyfiyyətindən və ödədiyiniz pulun laiqli qarşılığını ala bilməyəcəyinizdən narahatsınız?

Narahatlığınızı tamamilə haqq veririk. Çünki instagramda səhifə açaraq məhsul satmağa cəhd edən və bunun müqabilində keyfiyyətsiz xidmət göstərən yüzlərlə səhifə var.

2018-ci ildən etibarən Hands Art olaraq bacardığımız qədər peşəkar yanaşma ilə müştərilərə aksesuarlar təqdim edən online mağaza kimi, təkcə bizdən deyil, ümumiyyətlə instagramdan alış veriş edərkən, ödədiyiniz pulun boşa getməməsi üçün, sifariş zamanı diqqət etməli olduğunuz 3 əsas məqamı diqqətinizə çatdırırıq.

Continue reading

inkluziv voleybol + piknik (2020)

19 sentyabr 2020 tarixində, ‘Hands Art’ sosial sahibkarlığı inkluziv voleybol + piknik görüşü həyata keçirib. ⠀ Görüş iştirakçıları yeni tanışlıqlar qurub, piknik etdikdən sonra, voleybol oynayıblar. ⠀ Voleybol görüşündən olan fotolar yaxın zamanda yüklənəcək. ⠀ Görüş Hands Artın məqsədi olan ‘bərabərlik və birgəliyi dəstəkləmək və təbliğ etmək çərçivəsində keçirilib. ⠀ Bənzər tədbirlərimiz, məhsullarımızın satışlarından əldə etdiyimiz gəlirlər hesabına həyata keçirilir. Satışlardan aslı olaraq gələcəkdə daha geniş, fərqli formatlarda tədbirlər keçirilməsi planlaşdırılır.