Qızlar üçün hədiyyə almaqda çətinlik çəkirsiniz ? İşinizi asanlaşdırmaq üçün, illərdir aksesuar satışı ilə məşğul olan mağaza olaraq ən çox satılan 5 hədiyyəni sizinlə bölüşürük.
1. QızılGül boyunbağısı

Bəylərin xanımlar üçün ən çox aldığı boyunbağılardan biri qızılgül boyunbağısıdır. Çünki bu məhsulun hazırlanmasında həm təbii qızıl güldən istifadə olunub həm də məhsulun bütün metal hissələri 925 əyyarlı gümüşdür.
2. 4 yarpaq yonca boyunbağısı

4 Yarpaq yonca şans simvolu hesab edilir. Bir şəxs digərinə həyatta uğur qazanmasını arzu etmək məqsədilə 4 yarpaqlı yonca hədiyyə edir. Bu hədiyyədə də biz təbii yoncadan istifadə etmişik.
3. Təbii çobanyastığı çiçəyi boyunbağısı

Saf sevgini ifadə edən çobanyastığı “Papatya” çiçəyindən hazırladığımız əl işi boyunbağı da, bəylərin bizdən ən çox aldığı hədiyyələr siyahısındadır.
4. 3D Kəpənək boyunbağı

Bu kəpənək həqiqi olmasa da, təbii bitkilərdən hazırladığımız boyunbağılar qədər çox satılır. Səbəb isə kəpənəyin olduqca real görünən teksturasıdır.
5. Fosforlu ulduz boyunbağısı

Bu məhsulun ən çox satılmasına səbəb əl işi olması ilə yanaşı, topladığı işığın müddətindən və gücündən asılı olaraq qaranıqda işıq saçmasıdır. Bu məhsul da mağazamızda xanımlar üçün ən çox alınan hədiyyə siyahısındadır.
