Güllər və mənaları

İnsanlar kimi çiçəklərin də öz xarakteri və dili var. Bəzi çiçəklərin hekayələri əfsanələrlə əlaqəli olduğu halda, bəzi çiçək adları və mənaları xalq arasında anonim hekayələrlə günümüzə qədər gəlib çatıb. Dünyanın hər yerində anlaşılan çiçək dilini təqdim edirik.

Yonca

4 yarpaq yonca

Yonca  gül dilində “şans” deməkdir. Əgər siz 4 yarpaqlı yonca tapmısızsa, deməli, şans təkcə sizin üzünüzə deyil, həm də yaxınlarınıza güləcək. 4 yarpaqlı yonca sizə uğur qazandıracaq, həyatınızda müsbət hadisələrin baş verməsinə səbəb olacaq. İnanılır ki, yonca insanları mənfi enerjidən, pis gözdən, erkən yaşlanmadan və depressiyadan uzaq tutur.

Bəyaz qızılgül

Ağ qızılgül bir çox mədəniyyətdə gözəlliyi, saflığı, məsumluğu və gizli hissləri təmsil edir. Bəzi əfsanələrdə güllərin əslində yalnız ağ rəngdə olduqları, ancaq daha sonra üstünə sevgi öpüşləri ilə qırmızı və digər rənglərə çatdıqları bildirilir. Bunlar mif olsa da, həqiqətdə yalnız bir şey var. Ağ güllərin həmişə ən təmiz duyğuları ifadə edə bilməsi. Təmizliyi ilə fərqlənən ağ qızılgüllər yalnız sevgi üçündür.

Qırmızı qızılgül

Qızılgül

Duyğulara, ürəyə çatmağı nəzərə alsaq, qırmızı gülün ən universal çiçəklərdən olduğunu söyləyə bilərik. Qırmızı qızılgül tarix boyu həmişə duyğular üçün ilham mənbəyi olub, məhəbbəti tərənnüm edib.

‘Səni sevirəm’ mesajını yazmaq və ya söyləməkdən çəkindiyiniz birinə qırmızı qızılgül verməyiniz kifayətdir ki, hislərinizi anlasın. Yeni tanışlıq üçün isə qönçə qızılgül ən yaxşı seçim olar, tumurcuqlanan eşq üçün tumurcuqlanan güllər…

Çobanyastığı (Papatya)

Çobanyastığı

Təmizlik və təbiiliyin simvolu olan çobanyastığı gülü — “ramaşka”. Parlaq sarı rəngli mərkəzi ilə günəşi, ağ ləçəkləri ilə günəşin şüalarını xatırladan Çobanyastığı saf sevgini ifadə edir. «Səni bütün ürəyimlə sevirəm» mesajını çatdıracaq “papatyalar” möhtəşəm qoxuları ilə ətraf mühiti də dəyişdirəcək. Çobanyastığı sevgiləri sınaqdan keçirən güldür, məşhur “papatya falı”nda aşiqlər “sevir-sevmir” deyərək gülün ləçəklərini qopardır, vay o hala ki son ləçəyə “sevmir” düşsün..

Yaddaş çiçəyi — «unutma məni»

Myosotis

Bu çiçəyin vətəni Amerikadır, təsadüfi deyil ki,  ABŞ-ın Alyaska ştatı “Yaddaş Çiçəyi” kimi tanınır. Gül haqında bir çox rəvayətlər mövcuddur. Məsələn, bir alman əfsanəsinə görə, Allah bütün çiçəklərin adını verəndə adı açıqlanmayan kiçik bir çiçək qışqırır: «Allahım, məni xatırla!». Allah «Bu adınız olacaq» cavabını verir. Başqa bir rəvayətdə Adəm və Həvva cənnətdən çıxarkən çiçək fəryad edir: «Məni unutma!» . 

Əfsanə və rəvayətlərə, gül dilinə inanmasaz da onların sehirli görkəminə qapılmamaq əldə deyil. Mənasından asılı olmayaraq gül  gözəllik, incəlik rəmzidir, bir anlıq da olsa, həyatımıza rəng qatır və bizi sevindirirsə, özümüzü bu gözəlliklərdən məhrum etməyək.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s