Yeni il ərəfəsində Nestle Azərbaycan şirkəti ‘Hands Art‘ sosial sahibkarlığına müraciət edərək əməkdaşları üçün yeni il hədiyyələrini əlilliyi olan ustaların hazırladıqları əl işlərindən seçmək istədiklərini bildirdi.⠀Nəticədə bir qrup ustanın əl işi şirkət tərəfindən alındı.⠀Cəmiyyətdə bərabərliyi və birgəliyi təbliğ etmək məqsədimizdə bizə dəstək olduqları üçün Nestle Azərbaycan şirkətinin rəhbərliyinə və işçi kollektivinə səmimi qəlbdən təşəkkürümüzü bildiririk, qarşıdan gələn yeni təqvim ilini təbrik edirik!
