Instagramdan məhsul alarkən bu 3 şeyə mütləq diqqət edin

İnsagramdan hədiyyə almağı və alış veriş etməyi sevirsiniz, lakin məhsulun keyfiyyətindən və ödədiyiniz pulun laiqli qarşılığını ala bilməyəcəyinizdən narahatsınız?

Narahatlığınızı tamamilə haqq veririk. Çünki instagramda səhifə açaraq məhsul satmağa cəhd edən və bunun müqabilində keyfiyyətsiz xidmət göstərən yüzlərlə səhifə var.

2018-ci ildən etibarən Hands Art olaraq bacardığımız qədər peşəkar yanaşma ilə müştərilərə aksesuarlar təqdim edən online mağaza kimi, təkcə bizdən deyil, ümumiyyətlə instagramdan alış veriş edərkən, ödədiyiniz pulun boşa getməməsi üçün, sifariş zamanı diqqət etməli olduğunuz 3 əsas məqamı diqqətinizə çatdırırıq.

1. Başqa müştərilərin mağaza haqqında şərhlərinə diqət edin.

İstənilən bir online mağazanın xidmət səviyyəsinin bir nömrəli göstəricisi, müştərilərin onlar haqda internetdə yazdiqları şərhlərdir. Alış veriş etməyə hazırlaşdığınız mağaza haqda başqa müşərilərin yazdıqları şərhlərə diqqət edin. Müştərilərin əsaslı şəkildə yazdıqları mənfi şərhlər çoxluq təşkil edirsə və mağaza müştərilərin onlar haqda nə yazacağından narahat deyilsə, bu mağazadan məhsul alnaq risklidir.

Bəzi mağazalar onlar haqda yazılan mənfi şərhləri səhifədə saxlamır, silirlər. Bu zaman google xəritədə yazılan şərhlərə diqqət edə bilərsiniz. Googledə yazılan şərhləri mağaza instagramda olduğu kimi rahatlıqla idarə edə bilmir.

2. Məhsulun başqa şəkillərini istəyin.

Məhsul haqda kifayət qədər və detallı fotolar yoxdursa, əməkdaşdan məhsulun digər görüntülərini çəkib göndərməyini istəyin. Mağaza bunu edə bilmirsə, böyük ehtimalla məhsulu özü də görməyib və keyfiyyətindən özü də xəbərsizdir. Bu zaman keyfiyyətsiz məhsul əldə etmə ehtimalınız yüksəkdir. 

3. Mağazanın fiziki ünvanına nəzər yetirin.

Hər online mağazanın başlanğıcda fiziki bir ofisinin və ya digər formatda məkanı olmaya bilər. Lakin fiziki məkanın olması, məhsulun səhifədəki göstəricilərilə realdakı göstəriciləri fərqləndiyi zaman, məhsulu geri qaytara bilməyinizin ehtimalını artırır. Heç bir fiziki məkanın olmaması məhsulun üzərinizdə qalma riskini artırır. 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s