Yuxuda hədiyyə almaq

Yuxuda hədiyyə görmək ,prestij və sevgi əlamətidir.Yuxuda hədiyyə almaq yaxud vermək xeyrə işarədir.Bu cür yuxular əksər hallarda xeyrə yozulur.

Yuxuda  hədiyyə görsəniz, bu sizinlə dostlarınız arasındakı uyğunluq və məhəbbətin güclənəcəyini və həyatınızda sizi narahat edən hər cür pis vəziyyətdən qurtulacağını göstərir.Elçi gedən şəxslərin xoş qarşılanacağına və hər iki tərəf arasında uyuma işarətdir.

Yuxusunda hədiyyə alan (qəbul edən) şəxs sevdiyi adama qovuşaraq evlənəcəyi kimi yozulur. Əgər yuxuda hədiyyəni qəbul etməyib geri çevirirsinizsə, bu sevdiyiniz birinizdən xoş olmayan sözlər eşidəcəyinizə və ona verməyə cavab tapmayacağınıza işarətdir.

Yuxusunda hədiyyə görən insan bu yuxunun onun üçün yaxşı şeylər olacağını şərh edir. Yuxuda hədiyyə almaq yaxud vermək xeyirli işlərə yozulur. Yuxuda hər iki şəxsin də həyatda istədiklərini əldə edəcəklərinə dəlalət edir. Əgər yuxuda sizə pis hədiyyə verilirsə, bu hədiyyəni alan şəxsin hədiyyəni verən şəxs tərəfindən ziyana düşəcəyinə işarətdir.

Yuxuda aldığınız hədiyyənin nə oldunu bilmirsinizsə, hədiyyəni verən şəxsdən qəfildən baş verən bir hadisə zamanı soyuyacağınız və bu baş verən hadisənin səbəbini  heç cürə öyrənə bilməyəcəyiniz mənasına gəlir.

Yuxuda birindən hədiyyə almaq real həyatda çox müsbət şeylər yaşayaraq sevdiyiniz insanlardan xeyir tapacağınıza işarətdir. Və həmçinin, iş, normal və şəxsi həyatınızda gözəl irəlləyişlər olacağına dair siqnallar verir.

Yuxuda sizə hədiyyə alan şəxsin hədiyyəni sizə vermək üçün gizlicə çabaladığını görmək, sizin arxanızdan dedi qodu edəcəyi və bunun ortaya çıxacağını göstərir.

Yuxuda sizin yoldaşınıza yaxud yoldaşınızın sizə hədiyyə aldığını görmək münasibətinizdə qarşılıqlı olaraq mənasız incikliklər və küslüklərin olacağı mənasına gəlir.Digər yandan övladlarınızdan birinin sizə hədiyyə aldığını görsəniz, övladlarınızın gələcəklərinə dair heç bir mövzuda kömək etmədiyinizi,sevgi və şəfqətdən məhrum qoyduğunuza, onların gələcəklərini həyatın axışına buraxdığınızı göstərir. 

Yuxuda birinə hədiyyə vermək, həyatda həmin şəxsə çox mühim və böyük kömək edəcəyiniz, həmin şəxsin sizdən böyük yaxşılıq görəcəyinə dəlalət edir.

Başqa birindən hədiyyə almaq da,həmin şəxslərdən böyük yaxşılıq görəcəyinizi bildirir.

Yuxuda hədiyyə görən şəxs ona narahatlıq verən hər şeydən qurtulacağınıza  və sevgiylı gücləndirilmiş dostluğa işarət edir. Bir-biriləri ilə uzun müddətdir danışmayan,aralarında küslük, inciklik olan dostlarınızın, qonşu yaxud tanışlarınızın barışaraq yenidən birləşəcəyinə,elçi gedən oğlan tərəfi ilə onları qarşılayan qız evi arasında isti münasibət yaranacağı və dostluq ilə uyumun da güclü şəkildə olacağı kimi  yuxu yozulur.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s