Noyabrın 28-i 2019-cu il tarixində, Park INN otelində “British Council Azərbaycanda” və Birtaniya Səfirliyinin birgə tərəfdaşlığı ilə “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətinin artırılması” layihəsi çərçivəsində “Əlilliyi olan şəxslər iş dünyasında” adlı konfrans keçirilib.
Konfransda iştirak edən təsisçi Murad Məmmədov “Hands Art”ın fəaliyyət və məqsədləri haqda qısa təqdimatla çıxış edib. Tədbirdə qeydə alınan fotoları sizinlə bölüşürk.