Jurnalistika tələbələri üçün müsabiqə

Cəmiyyətdə bərabərlik və birgəliyi dəstəkləyən, sosial sahibkarlıq konsepti üzərində qurulan “Hands Art” əl işlərinin satış platforması 3 dekabr Beynəlxalq Əlillər Günü çərçivəsində jurnalistika ixtisası üzrə təhsil alan tələbələr arasında müsabiqə elan edir.

Tələbələrin müsabiqədə iştirak etməsi üçün şərtlər aşağıdakılardır:

  • Aşağıda göstərilən üç mövzudan birini seçib, məqalə yazmaq:
  1. Əlilliyi olan şəxslərin cəmiyyətdə mövcud çətinlikləri və səbəbləri.
    2. Cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı mövcud stereotiplər hansılardır və səbəbləri.
    3. Medianın əlilliyi olan şəxslərin mövcud problemlərinin həllində iştirakı.
  • Məqalələri 3 dekabr Beynəlxalq Əlillər Gününə qədər yazaraq handsart.az@gmail.com  ünvanına göndərmək. 3 dekabr tarixində isə özünün hər hansı bir sosial şəbəkə hesabında hər kəsə açıq formada paylaşmaq (“facebook” arzuolunandır).
  • Məqalə 2200 işarə limitini keçməməlidir.

Məqalə müəllifi yazı üslubu və format seçimində sərbəstdir. Öz fikirlərinin də əlavə edilməsi arzuolunandır.

Yazıların əlillik məsələlərinə aid hissəsinin dəyərləndirilməsi aidiyatı sahə üzrə mütəxəssis Murad Məmmədov tərəfindən aparılacaq. Müsabiqənin əsas məqsədi tələbələrin əlillik mövzusu üzrə maariflənməsi və başqalarını maarifləndirməsi olduğu üçün jurnalistika qaydalarının dəyərləndirilməsi aparılmayacaq.

Qaliblər 3-8 dekabr tarixləri arasında elan olunacaq.
Müsabiqədə yazıları ilə fərqlənən ilk üçlüyə həvəsləndirici mükafatlar təqdim olunacaq.

1-ci yer 50 AZN, 2-ci və 3-cü yerin qalibləri isə “Hands Art” platformasından satışda mövcud olan istənilən bir boyunbağını hədiyyə olaraq əldə edə biləcəklər.
Qaliblərin yazıları xəbər portallarında dərc ediləcək.
Məqaləni göndərərkən ad, soyad və mobil telefon nömrənizi qeyd etməyi unutmayın

Ətraflı məlumat üçün əlaqə: +994 55 650 99 58

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s