Yeni il hədiyyələri — 10 fərqli hədiyyə

Dostlarınız və doğmalarınız üçün yeni il hədiyyəsi seçmisiniz?

Bu sual hələ də cavabsız qalıbsa, onlayn hədiyyə mağazasına nəzər salın. Özünüz də inanmayacaqsınız ki, yaxşı axtaranda  kataloqlarda  nə qədər maraqlı əşyalar tapmaq olar. Sonda adi hədiyyələr, məsələn, yumuşaq oyuncaq, yaxud gərəksiz suvinerlər almağa məcbur olmayasınız deyə sizin üçün 10 qeyri-adi və möhtəşəm hədiyyə siyahısını hazırlamışıq.

1. Yeni il üçün qollu ədyal.

yeni il hediyyeleri

Mikrofiberdən hazırlanmış yumuşaq və isti ədyalı istənilən cins və yaşda adama hədiyyə etmək olar. Kimisi bu ədyalın içində rahatca planşetlə oynaya biləcək, bir başqası əziz nəvələri üçün corab toxuyanda üstünə sərəcək.

2. Heyvansevərlər üçün heyvan fiqurlu papaqlar.

yeni il hediyyeleri

Baxmayaraq ki, bu papaqlar suni xəzdən hazırlanıb, kənardan baxanda əslindən seçmək olmur. Xüsusilə Hask cinsini, yaxud da bütün it-pişikləri sevən qızlar üçün əla hədiyyədir. Özü də təkcə başı yox, əlləri də isidir.

3. Divara «həkk olan» 3D lampalar.

yeni il hediyyeleri

Bu lampalar sanki divara çırpılıb və onu çartladıb. Bəziləri futbol topu formasındadır, bəziləri Torun çəkici, İronman-ın maskası, Hulk-ın yumruğu, hətta divardan çölə çıxan sarı maşının qabaq hissəsi də var. Lampa ilə bərabər çatlaqlara bənzəyən stikerlər də hədiyyə olunur. Uşaqlar, uşaqlı ailərlər və super qəhrəmanları və qeyri-adi lampaları sevən böyüklər üçün əla hədiyyədir.

4. Gümüşü BMW i8 formasında naqilsiz siçan.

yeni il hediyyeleri

Bu model üçün ürəyi gedən dostunuza sevimli modeli formasında təkrarolunmaz siçandan yaxşı nə hədiyyə ola bilər? Bu həm yaxşı xatirədir, həm də arzusunun reallaşması üçün vizualizasiya. «avtomobili» təntənəli şəkildə təqdim edəndə nitq söyləməyi də unutmayın.

5. Hədiyyə paketində viski üçün daşlar.

yeni il hediyyeleri

Düşünürəm ki, indi viski daşlarının nə olduğunu hər kəs bilir. Schotland viski daşlarında isə ən vacib məqam möhtəşəm hədiyyə paketidir. Bu paketdə viski daşları olduqca elit görünəcək.

6. Dağılmayan termofincan.

yeni il hediyyeleri

Xüsusi sistemlərinin sayəsində avtomobiliniz heç vaxt  termofincanın içindəkilərlə çirklənməyəcək. Contigo brendinin termofincanları içkinin tempraturunu 5 saata qədər saxlayır. Xüsusi dizaynı isə göz oxşayır. Tez-tez yola çıxanlar üçün əla hədiyyədir.

7. Yun tərliklər.

yeni il hediyyeleri

Əgər dostunuz , yaxud doğmanız soyuq döşəməli evdə yaşayırsa, ona mütləq içi yun və lələk dolu isti yun tərliklər hədiyyə etməlisiniz. Bu hədiyyə də istənilən cins və yaşda şəxslərə uyğundur.

8. Yaradıcı səyahətçilər üçün özügedən çamadan.

Şəhərin küçələrində evdən hava limanına, yaxud avtovağzala sürüşmək, uşaqların həsəd dolu baxışları altında gözləmə zalında şütümək — özügedən çamadanla səyahət zamanı xoş və əyləncəli vaxt keçirmək çox asandır. Həmişə yolda olanlar üçün əla hədiyyədir.

9. Böyük işlər görmüş adamlar üçün «Oskar» heykəlciyi.

yeni il hediyyeleri

Kino aləminin ən qədim və tanınmış mükafatını təntənəli nitqsiz təqdim edə bilməzsiniz.

10. Əl işi boyunbağılar

Əl əməyi ilə hazırlanan hədiyyələr hər zaman fərqlənir və hədiyyə alan şəxs tərəfindən daha çox dəyərləndirilir. Hands Artın hazırladığı əl işi boyunbağılara əlavə dəyər qatan isə, byunbağıların satışından əldə olunan gəlirlərin bir hissəsi ilə cəmiyyətdə bərabərlik və birgəliyi dəstəkləyən tədbirlər keçirməyimizdir.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s