Geyim yaxasına uyğun boyunbağını necə seçək ?

Sevimli bəzək aksesuarlarınızı hansı model geyimlərlə istifadə etmək lazım olduğunu bilirsizmi?  Xüsusən də boyunbağı seçərkən onu geyimimizin  yaxasına uyğunlaşdıraraq möhtəşəm obraz yarada bilərik.

Bu yazıda Hands Art sizlərə fərqli yaxa modellərinə uyğun boyunbağı seçməkdə yardımçı olacaq.

1. Qış mövsümünün gəlməsi ilə sviterlər, uzunqol toxunma köynəklər qarderobumuzun ayrılmaz hissəsinə çevrilib. Bu tip geyimlərə daha çox uzun «seplər» (boyunbağılar) yaraşır. Əgər qısa model boyunbağı istifadə edəcəksizsə, onun bər-bəzəkli, qalın olması daha arzuolunandır.

2. Qapalı yaxalı donlarda, köynəklərdə qısa boyunbağılar istifadə olunur. Bu tip geyim modellərində qısa boyunbağılarla uzun sepləri də birgə istifadə edərək tərzli geyinə bilərsiniz.

3. Straplez yaxalı geyimlərdən əsasən ziyafətə gedərkən istifadə edirik. Buna görə də ziyafət günlərində geyiminizi daş-qaşlı, qısa və qalın boyunbağılarla tamamlayaraq xoş görüntü ilə yadda qalın.

4. Kvadrat yaxalı geyim tərzinin sevdiyi boyunbağı qısa olandır. Çalışın, bu tip geyimlərlə boyunbağı taxarkən boyunbağınız geyiminizin yaxasından kənara çıxmasın.

5. Assimmetrik yaxalı geyimlər. Xanımlar arasında “təkqollu” deyə tanınan don və köynəklərlə yaxşı olardı ki, ümumiyyətlə boyunbağı taxmayasınız. Mütləq ki, boyunbağı taxmalıyam deyirsizsə, o zaman qısa və ya zərif boyunbağılardan istifadə edin.

6. Açıq yaxalı paltar geyinmisizsə, boyunbağı seçmək çox rahat olacaq. Geyim tərzinizdən asılı olaraq zərif və ya təbii qaşlı boyunbağılar, içində təbii gülləri olan şüşə boyunbağı, kristallar sizi daha da gözəl göstərəcək.

Müəllif: Nəzrin Abdullayeva

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s