Ad günü hədiyyəsini necə seçək ? (Ad günü üçün hədiyyə məsləhətləri)

Yaxınlarımızın, tanışlarımızın ad gününə hədiyyə almaq bizlər üçün xoş bir məqam olsa da, eyni zamanda bizi təlaşlanıdırır. Çünki hədiyyə almaq istədiyimiz şəxsin ad günü yaxınlaşdıqca, hədiyyə seçimində qərarsız olmağımız ən sonuncu günə qədər hədiyyə almamağımıza gətirib çıxardır. Və vaxt azaldıqca heç nə ala bilməyəcəyimizin, axırda əli boş gedəcəyimizin düşüncəsi bizə çox çətin anlar yaşadır 🙂

Bu durumlardan xilas olmağınız üçün  Hands Art olaraq sizlərə ad günlərinə hədiyyə seçiminizi asanlaşdıracaq üsullar təklif edirik.

Kişilər üçün ad günü hədiyyələri:

Əksəriyyət elə bilir ki, kişilər üçün hədiyyə almaq çox asan məsələdir. Bir ətir və ya köynək almaqla məsələ bitir. Əslində isə belə deyil.
Gənc bəylər üçün ən arzu olunan hədiyyə kateqoriyalarından biri, müasir texnoloji avadanlıqlardır. Baha olması şərt olmayan smartfon, planşet, PS4 və ya noutbuklar. Həmçinin maraqlı görünüşlü qulaqcıqlar, fərqli dizaynda poverbanklar, kiçik ölçüdə və çantada gəzdirilə bilinən səs gücləndiricilər ( spikerlər)  — bütün bunlar günün adamını sevindirə biləcək hədiyyələrdir. Əgər təhsil və ya fərdi inkişafına önəm verən biridirsə, həmin şəxsə çalışdığı sahəsi üzrə konfrans, seminar, foruma bilet hədiyyə etmək olar. Ekstrim həvəskarı bəylər üçün isə paraşütdən tullanmağa və ya Şahdaq turuna bilet hədiyyəsi yerinə düşər.
Ad günü olan şəxs fərqli içkiləri dadmaq həvəskarıdırsa, ona premium növ fərqli içki hədiyyə etmək özəl gününə əlavə rəng qata bilər. Əgər ad günü olan bəy iş yoldaşınızdırsa, həmin şəxsə üzərində ona aid hər hansısa bir təsvir əks olunmuş  fincan da hədiyyə edə bilərsiz. Və ya iş masasının üzərinə qoymaq üçün üzərində adı yazılan suvenir hədiyyə edərək həmkarınızın iş masasını bəzəyə bilərsiz. Əgər hədiyyə olaraq çox fərqli və orijinal birşey istəyirsinizsə, ona Hands Artın hazırladığı təbii qəhvə dənələrindən boyunbağı hədiyyə edə bilərsiniz

Qadınlar üçün ad günü hədiyyələri:

Xanımlara hədiyyə etmək onlara özəl və təkrar olunmaz olduqlarını inandırmaq kimi qəbul olunur. Qadınlar əsasən romantikaya meyilli olduqları üçün onlara keyfiyyətli və ətirli şamlardan ibarət dəst, sevdikləri müğənnilərin konsertlərinə bilet ala bilərsiniz. Həmçinin bu bileti 2 ədəd alaraq ona yoldaşlıq etmək də olar. Əgər unudulmaz və təkrarolunmaz hədiyyə etmək istəyirsinizsə, hava şarında gəzinti təklifi ideal seçimdir. Ətir, kosmetika və bənzər hədiyyələri yalnız həmin xanımın zövqünə çox yaxından bələd olduğunuz halda almağınız tövsiyyə olunur. Əgər hədiyyə almaq istədiyiniz şəxs münasibətdə olduğunuz xanımdırsa, uyğun seçimlər: dağ gəzintisi, birgə paraşütdən tullanmaq ola bilər. Psixoloqlar təsdiqləyirlər ki,  güclü emosiyalar insanları bir-birinə çox yaxınlaşdırır.
Əgər hədiyyə alacağınız şəxs ananızdırsa və o mətbəxdə çox vaxt keçirirsə, ona mətbəxdəki işlərini asanlaşdıracaq və ya daha yaradıcı işlər görmək üçün maraqlı texniki, məişət avadanlıqları hədiyyə edə bilərsiniz. Və ya tam əksi, onu az da olsa mətbəxdən uzaqlaşdırmaq üçün spa və ya gözəllik salonuna, qış, yay istirahət mərkəzlərinə bilet hədiyyəsi onun üçün əvəzsiz rol oynaya bilər. Mövzunun əvvəlində də qeyd etdiyimiz kimi, xanımlar özlərini xüsusi hiss etməyi çox sevirlər, buna görə də onlara, mağazalarda satılmayan orijinal əl işi bijüteriya və aksesuarlar alaraq onların ən sevimli hədiyyələrinin sahibinə çevrilə bilərsiniz.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s