Əlilliyi olan şəxslərin hazırladığı əl işlərinin onlayn satışını təşkil edən Hands Art platformasının komanda heyyətinin 2018 mayın 20-də ilk görüşü gerçəkləşdi.
Görüş zamanı layihə haqda fikirlər müzakirə olundu, yaxın bir ay ərzində görüləcək işlər planlaşdırıldı. Eyni zamanda komanda üzvləri layihə üzrə öz sahələrinə dair təqdimatlar etdilər. Hands Art komandası hazırlanmaqda olan veb saytın ilkin versiyası ilə də tanış oldular. Qeyd edək ki, Hands.az sosial biznes layihəsidir. Platformanın yaradılmasında məqsəd əlilliyi olan şəxslərin hazırladığı məhsulların oline və alternativ üsullarla satışını gerçəkləşdirməklə, onların həyat rifahının yaxşılaşdırılmasına, müstəqil hətyat yaşamalarına dəstək olmaqdır.