Hands Art platformasının ilk tərəfdaşı “Baku Biznes Factory” ( BBF) oldu. Sosial biznes layihəsi olan Hands Art platformasının təsisçi direktoru Murad Məmmədov ilə BBF-in nümayəndəsi ilə uğurlu keçən görüşündən sonra 2 şirkət arasında 8 iyunda əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə əsasən BBF-in Kövorkinq Mərkəzində Hands Art komandasının üzvləri üçün iş masaları ayrıldı. Qeyd edək ki, BBF-in missiyası biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi bazanın təmin edilməsini kompleks şəkildə həyata keçirməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasıdır.
